İstanbulda Ümumdünya Turizm Forumu keçirilib. Forum bu il dünya turizminə istiqamət verən liderləri Türkiyədə bir araya gətirərək bu sahədəki ən son yenilikləri müəyyənləşdirib. Ölkəmizi tədbirdə Azərbaycan Konqreslər Bürosu təmsil edib. Konqreslər Bürosunun direktoru Florian Senqstşmidt forumda «Azərbaycanın inkişaf etməkdə olan məkan kimi marketinq təcrübəsi» mövzusunda məruzə ilə çıxış edib, rəhbərlik etdiyi qurumun fəaliyyəti və qazandığı təcrübə barədə məlumat verib.
Qeyd edək ki, Ümumdünya Turizm Forumunda «2030-cu ildə turizm», «Online turizm-səyahətin gələcəyi», «Məkan marketinqi» və «Turizmin iqtisadi təsiri və nəticələri» kimi mövzular müzakirə olunub. Tədbirin əsas məqsədi Ümumdünya Turizm Forumunun gələcəyə baxışını regional ekspertlərlə paylaşmaq, forum iştirakçılarına yeni nəsil istehlakçı modellərini təqdim etmək, turizm sahəsindəki yeni texnoloji meylləri və beynəlxalq marketinq təcrübəsini yerli şirkətlərlə paylaşmaqdır. Forum Rusiya, türk dilli ölkələr, Körfəz ölkələri və Avropa ölkələrinin turizm sahəsində liderlik edən şirkətləri və dünya turizm sektorunun aparıcı rəsmilərini bir araya gətirib.

Fəxriyyə Abdullayeva








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar