Avropa Oyunları zamanı ölkəmizə gələcək turistlər üçün Bakı ətrafında və regionlarda yerləşən ən böyük maraq kəsb edən tarixi abidələrə turlar təşkil ediləcək. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, bu turlar artıq turizm şirkətlərinin proqramlarına daxil edilib. Burada bələdçilərin hazırlanması ilə bağlı da müvafiq işlər görülür: «Oyunlar zamanı qoruqlarda və tarixi abidələrdə qonaqların rahatlığının təmin olunması məqsədilə tətbiq olunacaq iş cədvəli müəyyən qrafik üzrə tərtib olunub. Eyni zamanda həm Olimpiya şəhərciyində, həm də hotellərdə Bakı şəhərini əhatə edən ekskursiya proqramları təşkil olunacaq».
Nazir onu da bildirib ki, Avropa Oyunları ərəfəsində turizm şirkətləri regionlara səfərlər təşkil edəcək. Bu səfərlər zamanı təklif edilən xidmətlərin qiymətlərinə ciddi nəzarət ediləcək: «Lakin burada qiymət mexanizmi sərbəstdir. Təbii ki, Azərbaycana gələn qonaqların sayına uyğun olaraq, rəqabətin düzgün aparılmasına müəyyən nəzarət olacaq. Azərbaycan Turizm Assosiasiyası ilə də belə razılığımız var ki, hər hansı süni qiymət artımı olmasın. Müəyyən qiymət artımı olsa da, buna təəccüblənmək lazım deyil. Dünya təcrübəsi onu göstərir ki, böyük tədbirlər zamanı tələbat çox olarsa, müəyyən qiymət artımı da ola bilər. Ancaq biz çalışacağıq ki, qonaqlar üçün daha yaxşı və rahat şərait yaradaq».

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar