Mayın 10-da «Sarılı» MMC «Ağsudan get, Lahıcı gəz» adlı tur təşkil edəcək. Şirkətin direktoru Fariz Xəlillinin sözlərinə görə, turun qiyməti 23 manatdır. Bu qiymətə nəqliyyat xidməti, nahar yeməyi, ekskursiya və fotosessiya, Ağsu dolaylarında çay süfrəsi daxildir. Tur Ağsu şəhərindəki Heydər Əliyev Parkından başlayır. Ağsu-Lahıc istiqamətində hərəkət edəcək qonaqlar üçün Lahıc Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya təşkil ediləcək. Turistlər daha sonra Basqaldakı kəlağayı sexi ilə də tanış olacaqlar. Turların mütəmadi olaraq həftəsonları təşkil edilməsi nəzərdə tutulur. 

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar