Azərbaycanda işgüzar turizmin inkişafı istiqamətində çalışan Konqreslər Bürosu 19-21 may tarixində Almaniyanın Frankfurt şəhərində keçiriləcək "IMEX 2015" beynəlxalq işgüzar turizmi sərgisində ölkəmizi təmsil edəcək.
Turizmin bu sahəsində aparıcı sərgilərdən olan IMEX hər il beynəlxalq konqres və konfransların təşkili, geniş əhatəli tədbirlərin keçirilməsi və turizm sahəsində həvəsləndirici xidmətlərin göstərilməsində maraqlı olan yüzlərlə mütəxəssisi bir araya gətirir. Bu il sərgiyə 74 ölkədən 3500 şirkətin qatılması gözlənilir.
Azərbaycan Konqreslər Bürosu ilə yanaşı, sərgidə büronun tərəfdaşları olan hoyel və şirkətlərin nümayəndələri də iştirak edəcək. Bu sıraya “Absheron Hotel Group”, “Boulevard Hotel Baku”, “Fairmont Baku”, “Hilton Baku”, “JW Marriott Absheron Baku”, “Kempinski Badamdar Baku”, “Qafqaz Baku City Hotel & Residences”, “Trump International Hotel & Tower Baku”, “Holiday Inn Baku”, “Improtex Travel Tours & Conferences”, “Caspian Event Organisers”, “ENC Tours”, “Geo Travel”, “MICE.az”, “Millennium Tourism”, “PASHA Travel” və “Regea Travel & DMC” daxildir.
“IMEX 2015” sərgisində ölkəmizin turizm imkanlarını əks etdirən 72 kvadratmetr sahədə stend qurulacaq.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar