Mayın 9-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda könüllülər olaraq fəaliyyət göstərəcək Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri ilə görüş keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev tələbə könüllülərinin diqqətinə çatdırıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq münasibətlər sistemində ölkəmizin əhəmiyyətli rolunu bir daha təsdiqləyir. Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO kimi beynəlxalq qurumları tərəfdaş olaraq cəlb edən yeganə platformadır. Nazirlik rəsmisi tələbələrə müvafiq tövsiyələr verib. Qeyd edək ki, 18-19 may tarixində keçiriləcək Forum könüllü olaraq ATMU-nun 120 tələbəsi cəlb edilib.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar