Almatı sərgisində təqdimat keçirilib

Mayın 13-də Qazaxıstanın Almatı şəhərində «KİHE-2015» beynəlxalq səhiyyə sərgisi işə başlayıb. Sərgidə Azərbaycanın sağlamlıq turizm mərkəzləri də təmsil olunur. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevin sözlərinə görə, sərgiyə qurumun tərkibinə daxil olan «Duzdağ» Fizioterapiya Mərkəzi, «Qafqaz Yengice Thermal Hotel & SPA», «Qalaaltı» uroloji sanatoriyası, Naftalandakı «Rixos Naftalan SPA», «Gabala Lake Palace Escape Chenot» turizm mərkəzləri iştirak edir. Assosiasiya tərəfindən 15 kvadrat metrlik sahə icarəyə götürülüb. Stendimizin ziyarətçilərinə sağlamlıq turizm mərkəzlərimiz barədə məlumatlar verilir, reklam-çap məhsulları təqdim edilir.
Sərginin birinci günü təmsilçilər tərəfindən «Atakent» sərgi kompleksinin konfrans zalında «Azərbaycanın termal və müalicəvi mərkəzləri» adlı təqdimat keçirilib. Ölkəmizdəki müalicəvi məkanlar, termal mənbələr barədə iştirakçılara ətraflı məlumat verilib. Tədbir uduşlu oyunlarla davam etdirilib, qaliblər mükafatlandırılıb.
Azərbaycanda sağlamlıq turizminin çox böyük imkanlara malik olduğunu deyən Ruslan Quliyev qeyd etdi ki, bu baxımdan potensialı olan bölgələrdə lazımi infrastruktur qurulur: «İndi bizim əsas işimiz fəaliyyətə başlayan sağlamlıq istirahət mərkəzlərini tanıtmaqdır. Almatı sərgisində də ölkəmizin sağlamlıq turizmi imkanlarını yüksək səviyyədə təmsil etməyə çalışırıq».
Qeyd edək ki, «KİHE-2015» sərgisi mayın 15-də başa çatacaq.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar