Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının bir qrup deputatı və Almaniyanın ölkəmizdəki səfiri Tempel Haydrun Göygöl rayonunda olub.
Rayon Mədəniyyət və Turizm Şöbəsindən aldığımız məlumata görə, qonaqlar vaxtilə ata-babalarının yaşadıqları rayonla yaxından tanış olublar. XIX əsrdə almanlar tərəfindən inşa edilən, indi isə tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən lüteran kilsəsində keçirilən görüşdə qonaqlara rayonun mədəni həyatı, iqtisadiyyatı barədə ətraflı məlumat verilib. Sonra musiqi kollektivlərinin çıxışı olub.
Qonaqlar Göygöl şəhərində yaşamış sonuncu alman Viktor Klaynın evində də olublar. Burada Alman İcmasının Tarixi Muzeyinin yaradılması nəzərdə tutulur. Layihənin rəhbəri, «EuroKaukAsia» elmi-mədəni cəmiyyətinin sədri, professor Eva-Maria Aux Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılan muzeyin Qafqazda alman irsinin tanıdılması baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar