Bakıda keçiriləcək birinci Avropa Oyunları çərçivəsində Polşanın turizm guşələrini əks etdirən fotosərginin təşkili nəzərdə tutulur. Bu barədə məlumat verən Polşanın İdman və Turizm Nazirliyinin turizm departamentinin direktoru Rafal Vilçkovski bildirib ki, bu sahədə mövcud əməkdaşlıq ölkələrimizin real potensialını əks etdirmir. O, qeyd edib ki, 2013-cü ildə Polşanı 2 min azərbaycanlı, Azərbaycanı isə 4 min polşalı turist ziyarət edib. Nazirlik rəsmisi hesab edir ki, turizm potensialından tam gücü ilə istifadə olunmamasının əsas səbəbi ölkələrimizin turizm imkanları haqqında qarşılıqlı məlumatın az olmasıdır. O, Azərbaycanın turizm təşkilatlarını oktyabr və noyabrda Poznan və Varşavada keçiriləcək turizm sərgilərinə dəvət edib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar