Mayın 23-24-də Bakıda Avropa Oyunları ərəfəsində “Gənclərin Turizm Forumu» adlı layihə həyata keçirilib. Layihə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin tərəfdaşlığı ilə «Gənclər Turizmi» ictimai birliyi tərəfindən reallaşdırılıb.
İctimai birliyin sədri Ülviyyə Qəhrəmanlı, Gənclər Fondunun mətbuat katibi Nərgiz Cəfərli və Avropa Oyunları Əməliyyat Komitəsinin hüquqi məsələlər üzrə baş məsləhətçisi Ümman Ağamalıyev çıxış edərək layihə haqqında fikirlərini və gənclərə tövsiyələrini bildiriblər.
Layihənin məqsədi ilk Avropa Oyunlarının Azərbaycanda təşkilinin əhəmiyyəti haqqında gəncləri məlumatlandırmaq, Avropa Oyunlarının yerli gənclərə verdiyi müsbət töhfələri önə çıxarmaq və gənclərin öz uğur hekayələrini digər gənc həmkarları ilə paylaşmaq üçün şərait yaratmaqdır. Forumda Avropa Oyunlarında könüllü olaraq çalışan 100 nəfər gənc iştirak edib.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar