Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) yekun dövlət attestasiya imtahanları, buraxılış işlərinin və magistr dissertasiyalarının müdafiəsi keçirilib. Ali məktəbin 11 bakalavr ixtisası üzrə 241 tələbəsi imtahanda iştirak edib. Ümumilikdə 212 nəfər bakalavr tələbə müvəffəq qiymət alaraq ölkə Prezidenti İlham Əliyevin 22 dekabr 2014-cü il tarixli sərəncamı ilə ATİ-nin bazasında yaradılan ATMU-nun ilk məzunları olublar. Magistr pilləsi üzrə təhsili başa vuran 32 nəfərdən 30-u magistr dərəcəsi alıb.
Azərbaycan Turizm və Menecment Universitetinin 2014/2015-ci tədris ili üzrə məzun buraxılış mərasiminin iyulun 8-də keçirilməsi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar