Bakıda «Grupul Proiectelor Inteligente»nin təşkilatçılığı ilə “Visa kartlarının əhəmiyyəti və üstünlükləri” mövzusunda dəyirmi masa keçirilib. “Visa” şirkətinin Qafqaz ölkələri üzrə biznesin inkişafı meneceri İrina Kamxadze bu kartların imkanları, üstünlükləri və dünya üzrə istifadə istiqamətləri haqqında məlumat verib. Bildirib ki, bu gün dünyanın inkişaf etmiş ölkələrində insanlar əksər ödənişlərini nağdsız - elektron yolla həyata keçirirlər.
«Visa Azərbaycan» şirkətinin biznesin inkişafı üzrə meneceri Nurlan Hacıyev Azərbaycanda Visa kartlarla ödəmələrin həyata keçirilməsi sahəsində görülən işlərdən və bankların əldə etdiyi təcrübələrdən danışıb.
Tədbirdə dünyanın aparıcı bazar araşdırma şirkətlərindən olan «GfK»nın Ukrayna nümayəndəliyinin 2015-ci ilin aprelində ölkəmizdə keçirdiyi «Azərbaycanlılar yay istirahətini necə planlaşdırır?» mövzusunda sorğunun nəticələri də təqdim olunub. Qurumun təmsilçisi Dmitri Yablonski qeyd edib ki, azərbaycanlılar xarici ölkələrə istirahət üçün getdikləri zaman ödəmələri Visa kartlarla həyata keçirməyə üstünlük verirlər. Sorğuda iştirak edən azərbaycanlılar belə ödəmələrin sərfəli və təhlükəsiz olduğunu qeyd ediblər.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar