Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın konfransı gələn il Bakıda keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində, dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və ölkəmizin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Azərbaycan Konqreslər Bürosu daha bir uğura imza atıb.
Büro Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (International Association for Energy Economics - IAEE) Avrasiya Konfransının Bakıda təşkil olunmasına nail olub.
Qurumun builki 38-ci beynəlxalq konfransı 25-27 may tarixində Türkiyənin Antalya şəhərində keçirilib. Tədbir öncəsi IAEE Şurasının iclasında Azərbaycan Konqreslər Bürosunun satış və marketinq üzrə meneceri Ayan Zeynalova Bakının növbəti beynəlxalq konfransa ev sahibliyi etmək təklifini iştirakçılara təqdim edib.
Uğurlu təqdimatdan sonra IAEE Şurasının üzvləri yekdilliklə təklifi dəstəkləyib və Bakını Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın 2016-cı il Avrasiya Konfransının ev sahibi kimi təsdiqləyib. Bu barədə qərar üzv ölkələrdən olan 500-ə qədər iştirakçının qatıldığı 38-ci beynəlxalq konfransın açılış mərasimində elan olunub.
1977-ci ildə ABŞ-da yaradılan IAEE biznes, hökumət, akademik və digər sahələrdə enerji sektoru üzrə çalışan mütəxəssisləri bir araya gətirən müstəqil, qeyri-kommersiya beynəlxalq platformasıdır.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar