«Millennium Tourism & Congress» şirkətinin yeni ofisi təqdim edildi

İyunun 8-də «Millennium Tourism & Congress» şirkətinin yeni ofisinin təqdimat mərasimi keçirildi.

Turizm ictimaiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, xaricdən gəlmiş qonaqların, millət vəkillərinin qatıldığı mərasimdə çıxış edən şirkətin baş direktoru Ruslan Quliyev bu günün onlar üçün əlamətdar olduğunu söylədi. Bildirdi ki, «Millennium Tourism» 10 ildir fəaliyyət göstərir. Şirkətdə 10-15 il və daha çox iş təcrübəsi olan əməkdaşlar çalışır.
«Millennium» kompleks şəkildə xidmətlər təklif edir: «Azərbaycan turizminin inkişafına hər zaman öz töhfəsini verməyə çalışan şirkətimiz Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan bir sıra beynəlxalq və ölkədaxili layihələrdə yaxından iştirak edir. Eyni zamanda da özümüz «Azərbaycanda alman məskənləri», «Uzunömürlülər marşrutu», «Polyak izləri» və s. kimi beynəlxalq marşrutların fəal təbliğatçısıyıq. Avropa Oyunları ilə bağlı şirkətin əməkdaşları operativ iş rejimində işləyirlər. Hətta həftəsonları növbəli sistemə keçmişik. Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi ilə ölkəmizə gələn qonaqların Azərbaycanın regionları və paytaxtımızla yaxından tanış ola bilməsi üçün çeşidli turproqramlar işləyib hazırlamışıq. Şirkətimiz həm xarici, həm də daxili turizm fəaliyyəti ilə məşğuldur. Xarici ölkələrə istirahət, sağlamlıq və işgüzar turizm məqsədilə səfərlər təşkil edirik».
Milli Məclisin deputatları Aqil Abbas, İlham Məmmədov, Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev çıxışlarında bildirdilər ki, «Millennium» şirkəti ilə əməkdaşlıq çərçivəsində dünyanın bir çox ölkələrinə səfər ediblər və hər zaman da göstərilən xidmətdən, diqqət və qayğıdan məmnun qalıblar.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov qeyd etdi ki, «Millennium» turizm şirkəti həmişə peşəkarlığı, yüksək xidmət səviyyəsi və aktiv fəaliyyəti ilə fərqlənib. Nazirlik rəsmisi şirkətin yeni ofisə köçməsi ilə işindəki keyfiyyəti daha da artıracağına inandığını bildirdi və gələcək fəaliyyətində uğurlar arzuladı.
Milli QHT Forumunun prezidenti Rauf Zeyniyə, Milli Məclisin deputatları Aqil Abbasa, İlham Məmmədova, Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyevə və Latviyanın Azərbaycandakı səfirliyinin nümayəndəsinə «Millennium Tourism & Congress» şirkəti ilə uzunmüddətli əməkdaşlığa görə təşəkkürnamə təqdim edildi. Tədbir ziyafətlə yekunlaşdı.
* * *
Tədbirdə iştirak edən qonaqlardan bir neçəsi təəssüratlarını qəzetimizlə bölüşdü.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov: «İnsan ömrünün böyük bir hissəsi iş yerində keçir. Rahat, səliqəli ofis eyni zamanda işin keyfiyyətinə təsir edir. Azərbaycanın aparıcı turizm şirkətlərindən olan «Millennium» şirkətinin yeni ofisə köçməsi yaxşı haldır. Bu həm şirkətin öz əməkdaşları, həm də müştərilər üçün sevindiricidir. Bu, eyni zamanda turizm şirkətlərinin imkanlarının artmasının bir göstəricisidir”.
Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırov: «Millennium» şirkətinin rahat və şəraitli ofisi ilə bərabər, işçilərinin nizam-intizamı, onların vahid bir geyim formasında olması da onun ciddi və işgüzar imicinin olmasından xəbər verir. Bu o deməkdir ki, Azərbaycanın turizm şirkətləri artıq dünya standartlarına cavab verir. Mən çox istərdim ki, bu, digər turizm şirkətlərinə də bir örnək olsun. «Millennium» şirkəti turizm sahəsində öz sözünü demiş aparıcı şirkətlərdən biridir, AZTA-nın fəal üzvlərindəndir. Şirkətə daha böyük uğurlar arzulayıram».







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar