Yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır.
Mədəniyyət və Turizm Nazirliyi bununla əlaqədar bir daha əhalinin nəzərinə çatdırır ki, turizm şirkətlərinin vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətə nazirlik tərəfindən verilmiş lisenziyanın (xüsusi razılıq) olub-olmamasını dəqiqləşdirsinlər, "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.
Eyni zamanda yay mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərdən nazirliyin müvafiq lisenziyasını almış obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.
Mövsüm zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyiniz halda Mədəniyyət və Turizm Nazirliyinin (012) 492 88 50 telefon nömrəsinə və ya muraciet@mct.gov.az elektron ünvanına rəsmi müraciət edə bilərsiniz.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar