London turistlərin ən çox baş çəkdiyi ölkələrin siyahısına liderlik edir. Ekspertlər hesablayıblar ki, 2015-ci ildə Böyük Britaniyanın paytaxtını 18,8 milyon turist ziyarət edəcək və ümumən 18,4 milyard avro xərcləyəcək. Turistlərin daha çox baş çəkdiyi şəhərlərin ilk onluğunda Londondan sonra Banqkok, Paris, Dubay, İstanbul, Nyu-York, Sinqapur, Kuala-Lumpur, Seul və Honkonq qərarlaşıb.
«The Independent» qəzeti yazıb ki, London son 7 ildə 5 dəfə bu siyahıya liderlik edib.
Mütəxəssislər həmçinin bildirib ki, ümumən 2015-ci ildə turistlər dünyanın müxtəlif ölkələrinə 382,9 milyon uçuş gerçəkləşdirəcək və ümumilikdə 327 milyard avro xərcləyəcəklər. Bu arada müəyyənləşib ki, səyyahlar üçün ən ucuz Avropa şəhəri Vilnüsdür. Belə ki, Litvanın paytaxtında bir istirahət gününü keçirmək 100 avroya başa gəlir.