Avropa Oyunları ilə bağlı Azərbaycana gələn xarici turistlərin üz tutacağı məkanlardan biri də qədim İçərişəhərdir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Təhsil Nazirliyinin “Sabah” qruplarının dəstəyi ilə “Bakı-2015” I Avropa Oyunları zamanı yardım üçün könüllülərin aktiv fəaliyyətini də nəzərdə tutub. Üzərində “Ask me” və “Here to help” yazılmış köynəklərdə gəzən könüllülər Oyunlar zamanı İçərişəhərə gələn xarici turistlərə, media nümayəndələrinə müvafiq köməklik göstərəcək.
Könüllülər qonaqların daha çox olduğu yerlərdə dayanaraq, İçərişəhərdə yerləşən tarixi abidələr, tədbir və festivallarla bağlı məlumat verəcək, həm İçərişəhər, həm də “Bakı-2015”lə bağlı sualları cavablandıracaqlar. Könüllüləri “Ask me” və “Here to help” yazılmış mavi rəngli köynəklərindən tanımaq mümkündür.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar