Avropa Oyunlarının başlaması ilə əlaqədar Quba Turizm İnformasiya Mərkəzi gücləndirilmiş iş rejiminə keçib. Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq mərkəz istirahət və bayram günlərində də fəaliyyət göstərir.
Mərkəzin direktoru Murad Hacıyevin bildirdiyinə görə, turistlərin istirahətini təmin etmək üçün xüsusi xidmət yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər.
Qubaya gələn turistlər üçün 4 turizm marşrutu təklif olunur: Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə və Quba-Xanəgah. Rayonda fəaliyyət göstərən 36 istirahət mərkəzinin hər birində yay turizm mövsümünə hazırlıq işləri yekunlaşıb. Ötən ilə nisbətən istirahətə gələnlərə göstərilən xidmət növlərinin sayı və keyfiyyəti də artırılıb. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi təqdim olunur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar