Polşanın Sopot şəhərindəki ticarət mərkəzi yalnız alıcıları deyil, xarici turistləri də cəlb edir. Xüsusi zahiri görkəmi ilə seçilən binada bir düz xətt belə yoxdur.
“Əyri ev” polşalı memarların layihəsi əsasında tikilib. Onun sahəsi 4 min kvadratmetr təşkil edir. Burada kiçik mağaza, kafe və restoranlar yerləşib. Binanın 1-ci mərtəbəsində ticarət mərkəzi, 2-ci mərtəbəsində isə iki radio şirkətin ofisləri fəaliyyət göstərir.
Mütəxəssislərin fikrincə, “Əyri ev” müasir memarlığın yeni istiqamətlərindən biridir.