İyunun 25-dən Bakıdan Monteneqronun Tivat şəhərinə (paytaxt Podqoritsadan 87 km şimal-qərbdə) çarter aviareysi açılıb. Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyevin qəzetimizə verdiyi məlumata görə, iyulun 23-dək həftədə bir dəfə - cümə axşamı günləri reallaşacaq reyslər müxtəlif turpaketlər daxilində satılır.
Reyslər iyulun 24-dən avqustun sonuna qədər isə həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri təşkil olunacaq. Sentyabrın 3-dək 17 uçuşun həyata keçirilməsi nəzərdə tutulur.
Çarter reysləri ilə uçmaq üçün alıcılara təqdim olunan 2 nəfərlik turpaketin qiyməti 3 ulduzlu hoteldə 8 gün gecələmək və qida xidmətləri daxil olmaqla 1990 manat, 4 ulduzlu hotel üçün - 2244 manat, 5 ulduzlu hotel üçün isə 4464 manatdan başlayır.
Qeyd edək ki, aviareyslər «Montenegro Airlines» şirkəti tərəfindən «Embraer-190» təyyarəsi ilə həyata keçirilir. Monteneqro bu ilin aprel-sentyabr ayları üzrə Azərbaycan vətəndaşları üçün viza şərtlərini ləğv edib.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar