Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı (ÜTT) ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi ÜTT-nin Madrid şəhərində yerləşən mənzil-qərargahında hər iki qurumun baş katibləri Taleb Rifai və Ramil Həsənov imzalayıblar. Memorandumda tarixi İpək Yolu boyunca turizm əməkdaşlığı da nəzərdə tutulur.
Taleb Rifai qeyd edib ki, sənəd Ümumdünya Turizm Təşkilatının türkdilli ölkələrlə əlaqələrini daha da möhkəmləndirəcək. Ramil Həsənov öz növbəsində əlavə edib ki, memorandum ənənəvi İpək Yolu boyunca turizmin inkişafına töhfə verəcək.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar