İyunun 26-da Tunisdə 40-a yaxın turistin öldürülməsindən sonra Azərbaycan Turizm Assosiasiyası (AZTA) ölkədəki bütün turizm şirkətlərinə tövsiyə xarakterli məktub göndərib. Assosiasiyanın İdarə Heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, ümumiyyətlə, Tunis Azərbaycan turistləri üçün prioritet ölkə deyil. Xüsusilə yay aylarında turistlərimizin oraya getməsinə az hallarda rast gəlinir. Amma bununla belə, AZTA tərəfindən turizm şirkətlərinə Tunisə bir müddət səfərlərin təşkil edilməməsi tövsiyə edilir.
Assosiasiya sədrinin fikrincə, xaricə getmək istəyən turistlər ilk növbədə turizm şirkətləri ilə məsləhətləşməlidirlər. Son vaxtlar bəzi insanlar digər ölkələrə turizm şirkətlərinin xətti olmadan, özbaşına səfər edirlər: “Bir qisim insanlar internet vasitəsilə online hotel seçib xaricə gedirlər. Amma biz Tunisdəki hadisədən sonra turizm şirkətlərinə xəbərdarlıq edirik ki, onlar turistlərə müəyyən istiqamətləri tövsiyə etsinlər. Yaxşı olar ki, bizim turistlər turları sərbəst şəkildə özləri seçməsinlər, turizm şirkətlərinin tövsiyələrindən faydalansınlar».
N.Bağırov bildirib ki, turistlər öz təhlükəsizliklərini qorumaqdan ötrü hər hansı ölkəyə getməmişdən əvvəl oradakı ictimai-siyasi vəziyyətlə maraqlanmalıdırlar.
İraq və Suriyada dini turizm daha çox inkişaf etdiyindən oraya gedən Azərbaycan vətəndaşları da çox diqqətli olmalıdırlar: «Bu ölkələrin daxili siyasi vəziyyəti sabit olmadığından turistlərin bir müddət həmin ölkələrə səfərlərdən imtina etməsi yaxşı olar”.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar