"Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar"a və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin iyun ayı ərzində aşağıda adları göstərilən yerləşdirmə obyektlərinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib:
"Afra Hotel" (Oğuz şəhəri), “Batabat Nabran" istirahət mərkəzi (Xaçmaz rayonu), "Yenilik" mehmanxanası (Abşeron rayonu, Masazır), "Maestro hotel” (Bakı şəhəri), "Yeni Motel" mehmanxana tipli obyekt (Kürdəmir), "Titanik" mehmanxanası (Bakı), "Şəki Palace" (Şəki şəhəri), "Sakit Göl" istirahət mərkəzi (Şamaxı rayonu), "Ramada Plaza" (Gəncə), "Şah Palace" (Bakı), "Ulduz" mehmanxanası (Xaçmaz).
Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 335-ə çatıb.
* * *
İyun ayı ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həmçinin bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib. Ötən ay lisenziya almış şirkətlər bunlardır: "Luxe Travel" MMC, "Kroun LTD", "Travel Club" MMC və "Sky Star Travel Company" (Bakı şəhəri).
Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 285-ə çatıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar