İyulun 8-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Məzun-2015” adlı mərasim keçiriləcək. Tədbirdə dövlət rəsmilərinin, elm və mədəniyyət xadimlərinin, diplomatik korpus nümayəndələrinin, ATMU-nun tərəfdaşı olan təhsil müəssisələri rəhbərlərinin, turizm və təhsil sahəsi mütəxəssislərinin iştirakı nəzərdə tutulur.
Mərasimdə ATMU-nu bu il bakalavr və magistratura səviyyəsində bitirmiş 242 nəfər məzuna diplomlar, Azərbaycan-Avstriya Turizm Təhsili Proqramı üzrə təhsil almış məzunlara ali təhsil ocağının diplomu ilə yanaşı, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomu təqdim ediləcək. Rəsmi hissədən sonra konsert proqramı olacaq.