Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov Meksikanın ölkəmizdəki səfiri Xuan Rodrigo Lobartini Flores və diplomatik nümayəndəliyin müvəqqəti işlər vəkili Fransisko Ernesto Romero Bokla görüşüb. Qonaqlara ali təhsil ocağı haqqında məlumat verən C.Cəfərov dünyanın nüfuzlu ali məktəbləri və turizm sənaye müəssisələri ilə əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən söz açıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir söhbət əsnasında iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinə toxunub. Qonaq Azərbaycanın «Bakı-2015» ilk Avropa Oyunlarına layiqli ev sahibliyinə heyran qaldığını deyib. Görüşün sonunda səfir ATMU-nun Meksikanın bir neçə universiteti ilə əlaqə qurmasında, tələbə-müəllim mübadiləsi sahəsində, o cümlədən universitet tələbələri üçün Meksikanın turizm müəssisələrində məqsədli təcrübə semestrinin təşkilində maraqlı olduqlarını diqqətə çatdırıb.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar