"National Geographic" jurnalı "National Geographic Traveler Awards 2015" adlı ən məşhur istirahət növləri üzrə ilin ən yaxşı turist marşrutlarının müəyyən olunması məqsədilə müsabiqə - onlayn sorğu keçirir.
Sorğu 29 iyun - 15 oktyabr tarixləri arasında "Çimərlik səyahəti", "Ailəvi səyahət", "Dağ-xizək səyahəti", "Ekskursiya səyahəti", "Kənd turizmi səyahəti", "Sağlamlıq səyahəti", "Eko-səyahət", "Macəra səyahəti", "İlin açılış səyahəti", "Mətbəx turizmi səyahəti" və "Ekzotik turizm səyahəti" nominasiyaları üzrə keçirilir. Səsvermə zamanı ilin "ən yaxşı xarici hava yolu şirkəti", "ən yaxşı hotellər şəbəkəsi", "ən yaxşı çimərlik hoteli", "ən yaxşı internet-servis" və "ən yaxşı səyahət proqramı" nominasiyaları da müəyyən olunacaq.
Hər il keçirilən "National Geographic Traveler Awards" müsabiqəsi səyahətçilər üçün ən yaxşı istirahət yerlərini müəyyən edir, yeni səyahət marşrutlarının yaranmasına şərait yaradır.
Azərbaycan müsabiqə çərçivəsində üç nominasiya üzrə (çimərlik səyahəti, ekskursiya səyahəti və mətbəx turizmi) iştirak edir.
Aşağıdakı link vasitəsilə qeydiyyatdan keçərək səsvermədə iştirak etmək mümkündür:
http://www.nat-geo.ru/ngt-awards-2015/nomination/






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar