Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və "National Geographic Azerbaijan" jurnalının birgə təşkilatçılığı ilə ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) rəsmi nəşrləri olan "National Geographic" və "National Geographic Traveler" jurnallarının fotoqraf və jurnalistlərindən ibarət 18 nəfərlik heyətin Azərbaycana infoturu keçirilir.
İnfoturun keçirilməsində məqsəd xarici jurnalistləri Azərbaycanın zəngin maddi-mənəvi mədəniyyəti, əsrarəngiz təbiəti ilə yaxından tanış etmək, onların ölkəmiz barədə məlumatını artırmaqdır.
Tura Hindistan, İran, Koreya, İsrail, Çin, Gürcüstan, Belarus və Rusiyadan iştirakçılar qatılıblar. İki infotur (6-13 iyul və 15-23 iyul) çərçivəsində qonaqlar İçərişəhərdə olacaq, Mərdəkan qalası, Atəşgah məbədi, Yanardağ və s. tarix və mədəniyyət abidələrini ziyarət edəcəklər.
İştirakçılar həmçinin Şamaxı, İsmayıllı, Qəbələ, Şəki istiqamətində hərəkət edərək burada müxtəlif tarixi abidələri ziyarət edəcəklər. Daha sonra qonaqlar Gəncəyə, Mingəçevirə, Naftalana səfər edəcək və Naftalan müalicəvi nefti ilə yerində tanış olmaq imkanı qazanacaqlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar