Qiymətlərə yenidən baxılması ilə bağlı təkliflərin hazırlanaraq hökumətə təqdim edilməsi qərara alınıb

İyulun 16-da “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin kollegiya iclası keçirilib.
İclasda Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafını yekunlarına dair müşavirəsində Prezident İlham Əliyevin aviabiletlərin qiymətlərinin aşağı salınması ilə bağlı verdiyi tapşırıqlar ciddi şəkildə müzakirə olunub.
Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə keçirilən iclasda AZAL-ın prezidenti Cahangir Əsgərov bütün heyət üzvlərinə hər bir hava xəttinin tariflərinin dərindən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması yollarının təyin edilməsini, güzəştlərin tətbiq edilmə şərtlərinin və tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlanmasını tapşırıb.
Azərbaycana xarici turist axınının cəlb edilməsinin vacibliyi vurğulanaraq ən qısa zamanda AZAL tərəfindən turizm marşrutlarında aşağı tarifli özəl uçuşların təşkil ediləcəyi bildirilib.
Bununla yanaşı, mövcud hava xətlərində müəyyən sayda yerlərin aşağı tariflə satışaı çıxarılmasına dair bəzi təkliflərin artıq hazır olduğu və bu tariflərin yaxın günlərdə tətbiq ediləcəyi diqqətə çatdırılıb. Eyni zamanda qeyd olunub ki, bütün bu tədbirlər uçuşların təhlükəsizliyinin yüksək səviyyədə qorunub saxlanılması və mövcud xidmət keyfiyyətinin davam etməsi şərti ilə həyata keçirilməlidir.
AZAL prezidenti məlumat verib ki, hazırda İqtisadiyyat və Sənaye Nazirliyinin mütəxəssisləri ilə birgə işçi qrup da aviabiletlərin qiymətləri ilə bağlı öz təklif və tövsiyələrini hazırlayır. Təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılması və onların optimallaşdırılması mexanizmi ilə bağlı təkliflərin hazırlanaraq hökumətə təqdim edilməsi qərara alınıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar