Ötən həftənin sonlarında Yunanıstanın Avropa kreditorları ilə anlaşması nəticəsində turistlərin ən çox müraciət etdiyi xidmət sektorlarında - restoranlarda və taksilərdə əlavə dəyər vergisi 13%-dən 23%-ə qədər qalxıb. Turizm mütəxəssislərinin fikrincə, bu anlaşma Yunanıstana turist axınını azaldacaq.
Qeyd edək ki, hesablardan pul çıxarılmasına tətbiq edilən məhdudiyyətlər də Yunanıstana gələn turistlərin sayına təsir edib. Ölkədən xaricə pul çıxarılmasına da qadağa qoyulub. Yəni Yunanıstana gedən turist yalnız orada xərcləyəcəyi qədər pul götürməlidir.
Bu səbəbdəndir ki, Bakıdan Yunanıstana gedən turist sayı keçən illə müqayisədə iki dəfədən çox azalıb. Baxmayaraq ki, qiymətlər qismən aşağı düşüb. Məsələn, keçən il Afinaya səfərin iki nəfər üçün orta qiyməti 2500 manat təşkil edirdisə, bu il bu istiqamətdə orta qiymət 2000 manatdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar