Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan və ölkəmizdə işgüzar turizm təşviqi istiqamətində fəaliyyət göstərən Azərbaycan Konqreslər Beynəlxalq Enerji İqtisadiyyatı Assosiasiyanın (International Association for Energy Economics - IAEE) Avrasiya konfransının gələn il Bakıda keçirilməsinə nail olub. Bu barədə qərar may ayında qurumun Türkiyənin Antalya şəhərində gerçəkləşən 38-ci beynəlxalq konfransında qəbul olunub. IAEE-nin Bakı konfransı 2016-cı ilin avqustunda təşkil olunacaq.
Tədbirə hazırlıqla bağlı müzakirələr aparmaq üçün Beynəlxalq Enerji İqtisadiyyatı Assosiasiyasının sədri, professor Gürkan Kumbaroğlu və İAEE-nin baş katibi David Vilyams avqustun 1-dən 5-dək Azərbaycanda səfərdə olacaq. Qurumdan aldığımız məlumata görə, səfər müddətində qonaqlar bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə həmçinin bu ilin noyabrında G20 sammiti öncəsi Antalyada keçiriləcək konfrans da müzakirə mövzusu olacaq. Gürkan Kumbaroğlu Azərbaycanda aidiyyəti qurumlarla və sektor təmsilçiləri ilə görüşlərinin səmərəli olacağına inandığını vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Konqreslər Bürosu ilə əməkdaşlıq çərçivəsində IAEE-nin sədri bu ilin aprelində Bakıya səfər edib və gələnilki konfransla bağlı bir sıra görüşlər keçirib. IAEE biznes, hökumət, akademik və digər sahələrdə enerji sektoru üzrə çalışan mütəxəssisləri bir araya gətirən müstəqil, qeyri-kommersiya beynəlxalq platformasıdır. 1977-ci ildə ABŞ-da yaradılan birliyə 100-dən çox ölkədən mütəxəssis üzv olub.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar