İran turizm sənayesini stimullaşdırmaq məqsədilə yeddi ölkənin vətəndaşları üçün vizanı ləğv edib. Məlumata görə, bundan sonra Türkiyə, Livan, Azərbaycan, Gürcüstan, Boliviya, Misir və Suriyadan olan turistlər İrana vizasız səfər edə bilərlər. Adıçəkilən ölkələrin vətəndaşları İranda 15 gündən 90 günədək vizasız qala bilərlər. Bundan əlavə, turizm sektorunu inkişaf etdirmək üçün daha 60 ölkənin vətəndaşları üçün viza rejiminin ləğv imkanları nəzərdən keçirilir.