Sentyabrın 3-də Türkiyənin Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) turizm üzrə işçi qrupunun "Effektiv turizm marketinq strategiyaları: İƏT-ə üzv olan ölkələr üçün İKT (informasiya və kommunikasiya texnologiyaları) əsaslı həll yolları" mövzusunda 6-cı iclası keçiriləcək.
İclas zamanı üzv ölkələrdə turizmin marketinqində İKT vasitələrindən istifadə, bu sahədə mövcud vəziyyət, əsas problemlər və onların həlli yolları, ölkələrin bu sahədəki təcrübələri, tövsiyə və perspektivlər müzakirə olunacaq. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun məsləhətçisi Cavid Abdullayev iştirak edəcək.