Azərbaycanın dahi dramaturqu Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə hazırlanmış tədbirlər planına daxil olan işlərdən biri də ədibin “Şeyda” dramının dünyanın müxtəlif dillərinə tərcümə edilməsidir. Bununla əlaqədar Hüseyn Cavidin ev-muzeyinin və Bakı Slavyan Universitetinin birgə təşəbbüsü ilə əsər 11 dilə (türk, rus, ingilis, alman, fransız, polyak, belarus, bolqar, ukrayna, çex, yunan) tərcümə olunub.
   Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının tərtib etdiyi kitabın böyük dramaturqun yubileyi ərəfəsində nəşr olunması gözlənilir. Kitaba əsərin tərcümə edildiyi hər bir dildə “Ön söz” yazılıb.