Xəbər verdiyimiz kimi, Türkiyənin Bayburt şəhərində ənənəvi olaraq keçirilən Beynəlxalq Dədə Qorqud mədəniyyət və sənət festivalı başa çatıb. Festival çərçivəsində təşkil edilən şair Zihnin adına şeir müsabiqəsində azərbaycanlı şair-tərcüməçi Akif Əhmədgilin oxuduğu “Tapılmır Şuşada açılan güllər” şeiri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Şeir müsabiqənin mükafatına layiq görülüb.