2015/2016-cı tədris ilindən etibarən “Mövlanə mübadilə proqramı” çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin daha 5 tələbəsi Türkiyənin tanınmış universitetlərində təhsillərini davam etdirəcəklər. Tələbələr bir semestr müddətində Qazi, Akdeniz, Ege və Kastamonu universitetlərində təhsil almaq imkanı qazanıblar.
ATMU-nun mətbuat xidmətinin məlumatına görə, tələbələrdən 4-ü təhsil müddətində Türkiyə hökuməti tərəfindən müəyyən edilən məbləğdə təqaüd alacaq. Proqram çərçivəsində təhsillərini uğurla bitirən tələbələrə sertifikat veriləcək.
Qeyd edək ki, indiyədək ATMU-nun 4 tələbəsi “Mövlanə mübadilə proqramı”nın iştirakçısı olub. Proqramın şərtlərinə müvafiq olaraq Antalyadakı Akdeniz Universitetinin 2 müəllimi ATMU-da, ATMU-nun 1 müəllimi bir həftə müddətində Akdeniz Universitetində dərs keçib. ATMU “Mövlanə mübadilə proqramı” çərçivəsində Türkiyənin 20-dən çox universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Fariz