Pakistanda ingilis dilində çap olunan “Diplomatic Star” jurnalında Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş məqalə çap edilib. “Nizami Gəncəvi-870” adlı məqalənin müəllifi Amir Mahmud Batti Şərqin dahi şairi və filosofunun gənclik illərindən, yaşadığı həyat tərzindən, eləcə də yaradıcılığındakı lirik poemalar, qəzəllər və qəsidələrdən bəhs edir.
   Nizaminin “Xəmsə”sinə daxil olan beş poemadan söz açan müəllif bu əsərlərdə təsvir olunan personajların sonralar Avropa ədəbiyyatında prototip kimi istifadə olunduğunu qeyd edir. Məqalədə Nizami əlyazmalarının hazırda Paris, London, Moskva, Qahirə, İstanbul və digər şəhərlərin muzeylərində saxlanıldığı, şairin əsərlərinin bir sıra dünya dillərinə tərcümə edildiyi qeyd olunur.