Bu günlərdə “Vətən” nəşriyyatında Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb. “Mövlana” adlanan bu kitaba şairin son illərdə yazdığı üç irihəcmli əsəri - “Mövlana”, “Sürgünlə söhbət” və “İçimdə ağlayan Krım” poemaları daxil edilib.