Ötən il 23-24 aprel tarixində İsveçrənin Lüsern şəhərində keçirilmiş Dünya Turizm Forumunda Azərbaycan qonaq ölkə qismində iştirak edib. Ölkəmizin bu mötəbər tədbirdə xüsusi statusda iştirakının davamı olaraq, 2016-cı il 4-7 mart tarixində Forumun “Beyin mərkəzi”nin növbəti toplantısı (WTFL Think Tank) Bakıda keçiriləcək.
“İnkişaf edən istiqamətlərdə uğurun faktorları” mövzusunda toplantıya bir neçə ölkənin turizm nazirinin, 30-a yaxın transmilli korporasiya, hava yolları şirkətləri və qlobal qeyri-hökumət təşkilatların rəhbərlərinin qatılacağı gözlənilir.
Tədbirdə iştirak və ölkəmizlə Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə təşkilatın baş katibi Taleb Rifainin rəhbərlik etdiyi nümayəndə heyəti də Azərbaycanda səfərdə olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar