Türkiyə turizm sənayesi çətin dövrünü yaşayır. Son vaxtlar terror hadisələrinin artması ilə turist səfərlərinin azalması, ildə 4 milyondan çox turistin gəldiyi Rusiya bazarının bağlanması, Avropadan da əvvəlcədən edilmiş sifarişlərin bir qisminin ləğv olunması hotel sahiblərini ağır seçim qarşısında qoyub. Banklara böyük kredit borcları olan hotel sahibləri hotellərini satmağa başlayıb. Egey və Aralıq dənizi sahillərində ümumilikdə 1300-dən çox hotel satışa çıxarılıb.
Ən çox satışa çıxarılan hotellər Antalyadadır. Burada 410 hotel satışa çıxarılıb, onlardan 120-si beşulduzlu hoteldir. Satışa çıxarılan hotellərdə ümumilikdə 153 minədək yerləşdirmə yeri var. Egey bölgəsində 900-dən çox, o cümlədən bölgə turizminin lokomotivi sayılan Muğlada 349 turizm təsisi satışa çıxarılıb.
Egey Turistik Müəssisələr və Qonaqlamalar Birliyi (ETİK) idarə heyətinin başqanı Mehmet İşler bölgədə ilin sonuna qədər turizm təsislərinin 15 faizinin satılacağını gözlədiklərini bildirir. Onun sözlərinə görə, bu il turist sayının və gəlirlərinin 30-35 faizədək azalacağı təxmin edilir. “Rusiyadan 4 milyona yaxın turist gəlməyəcək. Bu, 4 milyard dollar gəlirin kəsilməsi deməkdir. Avropalı turistlərin daha çox Yunanıstana, Portuqaliya və İspaniyaya yönəlməsi, Avropadan da gələcək turistləri azaltmış olacaq. Avropa Birliyi də Yunanıstana yatırdığı pulları geri ala bilmək üçün bu ölkənin əsas gəlir mənbəyi olan turizmi xüsusi olaraq dəstəkləyir”, - deyə o vurğulayıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar