Türkiyənin tanınmış yazıçısı, “Babildə ölüm, İstanbulda eşq”, “Şah və Sultan”, “Od” və bir çox başqa populyar romanların müəllifi İsgəndər Pala Bakıya səfərə gəlib.
   Sentyabrın 17-də Dövlət Mahnı Teatrında “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı ilə “İsgəndər Pala ilə ədəbi-fəlsəfi fikir gecəsi” adlı tədbir keçirildi. Birliyin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva qonağı bütün türk dünyasının tarixi keçmişini orijinal bir üslubda oxucuya təqdim edən yazıçı kimi xarakterizə etdi. Sonra yazıçı düşüncə və fikirlərini bölüşdü, oxucuları maraqlandıran sualları cavablandırdı.
   Tədbir çərçivəsində İsgəndər Palanın “Od” romanının satışı təşkil olundu və kitabı əldə edənlərlə imzalanma mərasimi keçirildi. Roman “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən Azərbaycan dilinə uyğunlaşdırılaraq nəfis şəkildə çap edilib. Kitabın satışından əldə edilən gəlir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə İranda zəlzələdən zərərçəkən soydaşlarımıza göndəriləcək. 

   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar