Aprelin 12-də Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti tərəfindən Rusiya Federasiyasının Ulyanovsk vilayətində Azərbaycanın turizm potensialının təqdimatı keçirilib. Təqdimat Rusiyanın Volqaboyu ərazilərini əhatə edən “Road Show” çərçivəsində təşkil olunub. Layihənin keçirilməsində əsas məqsəd rus turistlər üçün yeni səyahət istiqamətlərinin yaradılmasıdır.
Tədbirdə “Tour A Vent” şirkəti Ulyanovskdan Bakıya çarter reysin daxil olduğu yeni turizm məhsulunu təqdim edib. Turizm məhsuluna həmçinin yerləşmə, qidalanma, tibbi sığorta və transfer daxildir.
Təqdimatda Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, “Tour A Vent” şirkətinin nümayəndələri, Ulyanovsk vilayətinin turizm şirkətləri, rəhbər şəxsləri, eləcə də ölkəmizdə fəaliyyət göstərən “Jumeirah Bilgah Beach”, “Shamakhi Palace”, “Naftalan Hotel by Rixos”, “Intourist”, “Boulevard Hotel”, “Qarabağ SPA and Resort” (Naftalan) hotellərinin və “Şahdağ” Turizm Mərkəzinin nümayəndələri və jurnalistlər iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın bir sıra hotellərinin nümayəndələri tərəfindən təqdimatlar olub. Sonda hotellər tərəfindən turizm şirkətləri üçün təşkil olunan viktorina keçirilib, qaliblər hədiyyə qazanıb.
Azərbaycan nümayəndə heyəti Ulyanovska səfəri zamanı Azərbaycan diasporunun nümayəndələri ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Qeyd edək ki, “Road Show” çərçivəsində təşkil olunan ilk təqdimat aprelin 11-də Kazan şəhərində keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar