Aprelin 20-də Qazaxıstanın Almatı şəhərində "KİTF 2016" beynəlxalq turizm sərgisi işə başlayıb. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin turizm imkanları da nümayiş olunur.

Azərbaycan nümayəndə heyətinin tərkibinə nazirliyin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, “Millennium Tourism & Congress DMC”, "Falcon Travel", "The Tour", "Billur Tour", "Geo Travel" və “Flame Tour” turizm şirkətlərinin, eləcə də “Şahdağ“ Turizm Mərkəzinin əməkdaşları daxildir. Bununla yanaşı, sərgidə “Çinar Hotel & SPA Naftalan” mehmanxanası ayrıca stenddə təmsil olunur.
Sərgidə 46 kvadratmetrlik sahədə ölkəmizin turizm imkanlarını əks etdirən stend qurulub. Stendimizə baş çəkən qonaqlara Azərbaycan turizmini təbliğ edən ingilis və rus dillərində reklam-çap məhsulları təqdim olunur.
Qeyd edək ki, 2015-ci ildə Qazaxıstandan ölkəmizə 27 mindən çox turist səfər edib və sərgi bu baxımdan əhəmiyyətli hadisədir. Sərgi aprelin 22-də başa çatacaq.
Bu il "KİTF 2016" sərgisində ölkəmizlə yanaşı, 31 ölkədən 300-dən artıq şirkət təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq dördüncü dəfədir ki, Almatı turizm sərgisində iştirak edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar