Aprelin 19-dan 21-dək turizm peşəkarlarının ən böyük görüş yerlərindən olan “IMEX Frankfurt 2016” sərgisi keçirilib. Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu (AKB) beynəlxalq sərgidə ölkəmizi təmsil edib.
AKB ilə yanaşı, sərgiyə büronun tərəfdaşları olan “Absheron Hotel Group”, “Four Seasons Baku”, “Hilton Baku”, “JW Marriott Absheron Baku”, “Kempinski Badamdar”, “Geo Travel” və “PASHA Travel” kimi hotel və turizm şirkətləri də qatılıb.
“IMEX Frankfurt” beynəlxalq sərgisində Azərbaycan Konqreslər Bürosu bir neçə təqdimat keçirib. Təqdimat zamanı Avropa və Asiyadan olan alıcılara ölkəmizin görüş məkanları nümayiş etdirilib.
Azərbaycan stendi ən çox Avropa, Yaxın Şərq və Rusiyadan olan iştirakçılar tərəfindən ziyarət olunub. Sərgi iştirakçılarının Azərbaycana olan marağını artırmaq üçün bir neçə tədbir təşkil edilib ki, bunların arasında "Happy Hour" aksiyasını qeyd etmək olar. Burada alıcılara Azərbaycanın milli mətbəxinin təamlarını dadmaq və yerli tərəfdaşlarla ünsiyyət qurmaq imkanı yaradılıb.
“IMEX 2016” sərgisində 15 mindən çox beynəlxalq peşəkarlar iştirak edib. Üçgünlük sərgi çərçivəsində ümumilikdə 60 mindən çox görüş təşkil olunub.
Azərbaycanda turizm üzrə dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan AKB-nin bu cür tədbirlərdə iştirak etməsi xarici sərmayələrin cəlb olunması və ölkəmizin dünya turizm bazarında görüşlər məkanına çevrilməsinə xidmət edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar