Aprelin 25-də BƏƏ-nin Dubay Əmirliyində “ATM 2016” beynəlxalq turizm sərgisi işə başlayıb. Tədbirdə ölkəmiz Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi heyətlə təmsil olunur. Heyətdə 19 turizm şirkəti və mehmanxana (“Shahdag Mountain Resort”, “SW Travel”, “Greenwich Travel”, “Geo Travel”, “The Tour”, “Green Apple”, “Khazar Travel”, “Pasha Travel”, “Millennium Tourism”, “Victory Tour”, “Falcon Travel”, “Turizm.az”, “Atlas Travel”, “Delta Travel”, “Flame Tour and Travel”, “Jumeirah Hotel Baku”, “Excelsior”, “Hilton Baku”, “Fairmont”) əməkdaşları yer alıb.
Ölkəmizin dünyanın aparıcı turizm sərgilərindən hesab edilən “ATM 2016”da iştirakı Azərbaycanın Körfəz ölkələrində turizm nümayəndəliyi olan “Atlantis Holidays” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilir. Azərbaycanın turizm potensialının təqdimatı məqsədilə 70 kvadratmetr sahədə xüsusi dizayn əsasında ikimərtəbəli stend qurulub və qonaqlara təqdim olunması üçün ingilis və ərəb dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub. Sərgi çərçivəsində dünya turizm media nümayəndələri və turizm professionallarının iştirakı ilə iki təqdimat brifinqində Azərbaycanın təqdimatının keçirilməsi nəzərdə tutulub. “ATM 2016” sərgisi aprelin 28-dək davam edəcək.
Körfəz ölkələri Azərbaycana gəlmə turizmi baxımından prioritet təşkil edir. Turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveytin də daxil olduğu bir sıra ölkələrlə 1 fevral 2016-cı il tarixindən Azərbaycanın beynəlxalq hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar