Qonaqlara rayonun tarix və mədəniyyət abidələri, turizm imkanları barədə məlumat verilib

Aprelin 28-də Şəki şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının rəsmi açılış mərasimində iştirak məqsədilə bölgəyə gedən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir və TÜRKSOY-un baş katibi Düsen Kaseinov yolüstü Qəbələ rayonunda olublar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqlarla birlikdə rayonun tarix və mədəniyyət abidələrinə baş çəkib. Qonaqlara bölgənin turizm imkanları barədə məlumat verilib.
Qeyd olunub ki, Qəbələ tarixi-mədəni irsinin zənginliyi, mədəni müxtəlifliyi və gözəl təbiəti, müasir səviyyəli geniş turizm infrastrukturu ilə tanınan bölgələrimizdəndir. Qəbələ hələ eramızdan əvvəl qədim Azərbaycan dövlətinin - Qafqaz Albaniyasının paytaxtı olub. Hazırda qədim Qəbələ şəhər yerində arxeoloji qazıntılar aparılır burada arxeoloji turizmin inkişafı üçün imkanlar yaradılır.
Qafqaz Albaniyasının 26 tayfasından biri olan udinlər bu gün Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar və öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycanın 2 min ilə yaxın tarixini əks etdirən 14 minədək eksponat mühafizə olunur. Son illər Qəbələ müxtəlif beynəlxalq mədəni tədbirlərin, festivalların keçirildiyi məkana çevrilib və bu da müxtəlif ölkələrdən qonaqların böyük marağına səbəb olur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar