Mədəniyyət və turizm nazirinin əmrinə əsasən, mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə əlaqələndirilməsi məqsədilə yaradılan nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrup bölgələrdə görüşləri davam etdirirlər.
Aprelin 28-dən mayın 1-dək işçi qrupun rəhbəri Fuad Nağıyev və qrupun üzvlərindən Namiq Qulamov, Pərviz İsgəndərli, Bəxtiyar Qılıncov və Seymur Həsənov Şamaxı, İsmayıllı və Şəki rayonlarında olublar. Görüşlər turizm xidmətlərinin təkmilləşdirilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə daha da sıx əlaqələndirilməsi, turistlərə təqdim edilən xidmətlərin təhlili və xidmətlərin səviyyəsinin artırılması məqsədilə təşkil olunub.
Görüşlərdə Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının mədəniyyət və turizm şöbələrinin yay mövsümü ilə bağlı təqdim etdikləri tədbirlər planında nəzərdə tutulan mədəni proqramların sözügedən bölgələrdəki mehmanxanalarda və digər turizm müəssisələrində təşkilinin razılaşdırılması və turizm şirkətlərinin nazirliyin yerli şöbələri ilə birlikdə mövsümə hazırlığı müzakirə olunub.
Görüşlərdə yay mövsümündə turistlərə mədəni xidmətlərin göstərilməsi istiqamətində müzakirələr aparılıb, yeni imkanlar araşdırılıb. İşçi qrup yerlərdə mövcud vəziyyət, iş şəraiti və problemlərlə maraqlanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar