Əsas məqsədi Azərbaycana beynəlxalq sərmayələrin cəlb olunması və ölkəmizin biznes turizmi imkanlarının təbliği olan Azərbaycan Konqreslər Bürosu öz üzvləri üçün bazarı öyrənmək məqsədilə növbəti dəfə seminar təşkil edib.
Mayın 3-də “Four Seasons Baku” mehmanxanasında təşkil olunan seminar Yaxın Şərq və Hindistan bazarına həsr olunub. Tədbirdə beynəlxalq ekspert Vassilis Theocharides, “Qatar Airways”ın Azərbaycan nümayəndəliyinin əməkdaşı və büronun satış və marketinq üzrə meneceri Anar Nərimanov öz bilik və təcrübələrini bölüşüblər.
Tədbirdə sözügedən bazardan olan alıcıların xüsusiyyətləri, imkanları və bir çox digər aspektlər müzakirə olunub. Büronun seminarda iştirak edən üzvləri də bu bazarla çalışdıqları zaman qazandıqları təcrübəni iştirakçılarla paylaşıblar.
Yaxın Şərq və Hindistan bazarı Azərbaycan üçün potensial bazarlar sayıldığına görə onları öyrənmək vacibdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar