Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sessiyada çıxış edib

Mayın 9-da İspaniyanın Malaqa şəhərində Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (UNWTO) İcraiyyə Şurasının 103-cü sessiyası işə başlayıb. Sessiyada mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
İcraiyyə Şurası sessiyanın gündəliyinə 2015 və 2016-cı illərdə beynəlxalq turizm, qlobal səviyyədə turizmin rolunun gücləndirilməsi, prioritetlər və idarəetmə baxışları, turizmin davamlı inkişafı, eləcə də Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının 2015 və 2016-cı illər üzrə maliyyə hesabatları, maliyyə auditi bəyannaməsi və üzvlük statusu kimi məsələlər yer alıb.
İclasda nazir Əbülfəs Qarayev çıxış edərək əvvəlcə İspaniya hökumətinə və Dünya Turizm Təşkilatına 25-27 apreldə Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Nazir çıxışında bu ilin 5-6 mart tarixində Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin Bakıda toplantısının keçirilməsi, forumun rəhbər şəxslərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi barədə danışıb. Həmin görüşdə turizm sahəsi ilə bağlı aparılan müzakirələrdən söz açan nazir Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının turizmin həm sülhün və dialoqun qurulmasında, həm də iqtisadiyyatın inkişafında, yeni iş yerlərinin açılmasında, BMT-nin Davamlı İnkişaf gündəliyində rolu barədə dünya liderlərinə müraciətin qəbul edilməsinin vacib olduğunu vurğulayıb.
Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 103-cü sessiyası mayın 11-də işini başa vuracaq.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar