Rusiyalı turistlərin may ayının əvvəlində ən çox səyahət etdiyi şəhərlərin reytinqi açıqlanıb. Travel.ru saytının məlumatına əsasən, reytinq 30 aprel - 4 may tarixlərində hotel və hostellərdə bronlaşdırmaya əsaslanıb.
Sayt yazır ki, rusiyalı turistlər Bakıda sutka ərzində orta hesabla 3 min rubl və ya 68 manat xərcləyiblər.
Müqayisə üçün qeyd edək ki, qonşu ölkənin turistləri bir sutka ərzində Belarus və Polşada 2 min rubl (45 manat), Sinqapur və Londonda isə 10 min rubl (227 manat) xərcə düşüblər.
Ümumiyyətlə, rusiyalı turistlərin qeyd edilən vaxt kəsiyində ən çox axın etdiyi şəhərlərin ilk onluğu aşağıdakı kimidir: Minsk, Riqa, Praqa, Tallin, Bakı, Vilnüs, Tbilisi, Roma, Helsinki və Belqrad.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar