Mayın 11-də Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) istehlak sənaye-təcrübə missiyalı layihəsi çərçivəsində ATMU və “Azeri Retail” şirkəti arasında istehsalat təcrübəsi proqramının icrasına dair müqavilə imzalanıb.

Mərasimdə çıxış edən ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov ali təhsil ocağının fəaliyyəti və bu istiqamətdə həyata keçirilən işlərin daha da gücləndirilməsi üçün atılan addımlardan danışıb. Bildirib ki, universitet tələbələrinin Avstriyanın Krems İMC Tətbiqi Elmlər Universitetində həm bakalavr, həm də magistr proqramı çərçivəsində ikili diplom proqramı üzrə təhsil alma imkanları var. Eyni zamanda tələbələrin bir sıra xarici ölkələrdə istehsalat təcrübəsi keçməsi təmin olunur.
Prorektor ATMU ilə “Azeri Retail” şirkəti arasında bağlanan müqavilənin də tələbələrin yay tanışlıq və istehsalat təcrübəsinin təşkilində faydalı olacağına əminliyini ifadə edib.
“Azeri Retail”in baş direktoru Kamran Əyyubov müəssisənin 2010-cu ildə Avstriyanın “Emsa Capital İnvestisiya Fondunun” təşəbbüsü ilə yaradıldığını, daxili bazarda “Fresco” brendi ilə tanındığını, müasir texnologiyaların tətbiqi prinsipinin əsas hədəf olduğunu diqqətə çatdırıb. Təhsil ilə təcrübənin səmərəli əlaqələndirilməsinə xüsusi önəm verdiklərini, tələbələrin təcrübə müddətində işlə təmin olunmalarına da şərait yaradılacağını vurğulayıb.
Görüşün sonunda təcrübə proqramının icra edilməsini təmin edəcək müqavilə imzalanıb.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar