Ölkənin hotel və istirahət mərkəzləri qiymətləri endirməyə məcbur olub

Bu ilin birinci rübündə Türkiyə turizm sənayesinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1 milyard dollar azalıb.
Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ilin ilk üç ayında ölkəyə gələn turistlərin sayında 466 min, aprel ayı da daxil olmaqla 600 min nəfər azalma qeydə alınıb. Antalyada 39, İstanbulda 31, İzmirdə 46 min azalma baş verib.
Antalyaya ən çox turist göndərən iki ölkədən biri olan Rusiyadan turistin sayının azalması aprel ayında 94 faiz təşkil edib. Ötən ilin aprel ayında Rusiyadan 94 min turist gəlmişdisə, bu ilin eyni dövründə 5200 nəfər gəlib. Almaniyadan gələn turistlərin sayı 39 faiz azalaraq 211 mindən 129 minə enib.
Mart ayında Türkiyəni ziyarət edən xarici turistlərin sayı ötən ilin eyni dövrünə nisbətən 13 faizlik azalma ilə 1 milyon 652 min nəfər olub. 2016-cı ilin mart ayında Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələrin sıralamasında İran 15 faiz (250 min) ilə birinci, Almaniya 14 faiz (231 min) ilə ikinci, Gürcüstan 10 faiz (167 min) ilə üçüncü yerdə qərarlaşıb.
Turist səfərlərinin azalması Türkiyənin istirahət mərkəzlərində qiymətlərin düşməsinə də səbəb olub. Bəzi hotellərdə qiymətlər ötən illə müqayisədə hətta 50%-ə qədər ucuzlaşıb.

Fariz








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar